Misli Premyer Liqasının XXXII turu çərçivəsində "Kəpəz"lə keçirilən oyundan sonra baş məşqçi Andrey Demçenkonun mətbuat konfransında səsləndirdiyi fikirlər: "Qələbə münasibəti ilə bütün heyət üzvlərini təbrik edirəm. Layiqli qələbə qazandıq. Komandam istədiyim futbolu oynadı. Hansı ki məşqdə bunun üzərində işləyirdik. Bu gün rəqibimizi səhv etməyə, oyuna nəzarəti əlimizdə saxlamağa çalışdıq.

Avrokuboklara vəsiqə baxımından çox pis mövsüm keçirdik. Ancaq hər bir oyun futbolçular üçün şansdır. Sona qədər mübarizə aparmalı, verilən şanslardan istifadə etməliyik"